Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət qulluqçuları qumar oynadığına görə işdən çıxarılıb

Dövlət qulluqçuları qumar oynadığına görə işdən çıxarılıb


Şimali Qazaxıstan vilayətində bir sıra dövlət qulluqçuları işdən çıxarılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, onlar qumar oyunlarının qanuni olaraq qadağan olunmasına baxmayaraq, həmin oyunlarda iştirak etdikləri üçün işdən uzaqlaşdırılıblar.

Vilayət prokurorluğu məlumatı təsdiqləyib.

Məlumata görə, Akjar rayon akimliyinin tikinti və memarlıq şöbəsinin baş mütəxəssisi qanuni tələbləri pozaraq sistemli şəkildə “1XBET” bukmeker kontoruna “stavka”lar qoyub.

Oxşar qanun pozuntuları Uyalı kənd icra hakimiyyətinin və Ağjar rayon təhsil şöbəsinin baş mütəxəssisləri ilə bağlı da müəyyən edilib.

Qeyd edək ki, ötən ilin iyulunda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilib, ona əsasən, dövlət qulluqçularına qumar oyunları qadağan edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş