Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əkrəm İmamoğlunun müşaviri saxlanılıb

[/b]
Əkrəm İmamoğlunun müşaviri saxlanılıb


İstanbul Böyükşehir Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun müşaviri saxlanılıb.

[b]Newscenter.az
trthaber-ə istinadən bildirir ki, terror təşkilatı DHKP/C-yə qarşı aparılan istintaq çərçivəsində saxlanılan 32 nəfər arasında İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun müşaviri K.Ö. də daxildir.

İstanbul Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmada terror təşkilatı DHKP/C-nin tərkibindəki sözdə qurumların ehtiyaclarını qarşılamaq və təşkilata maliyyə dəstəyi vermək üçün ehtiyac komitəsinin (İKOM) yaradıldığı müəyyən edilib. Ciddi maliyyə pozuntuları Sarıyel və Şişli bələdiyyələrində də qeydə alınıb.

Müfəttişlər tərəfindən sözügedən bələdiyyələrlə bağlı aparılan ekspertiza zamanı tenderlərdə korrupsiya hallarının olduğu, sviter və köynəklərin tender şərtlərinə əməl edilmədən “Kazova Tekstil”ə verildiyi, bazar qiymətindən yüksək qiymətə satın alındığı, məhsulların kimə paylandığının müəyyən edilmədiyi və bu qaydada sənədlərin təqdim olunmadığı müəyyən edilib.

Anar Əliyev
Xəbəri paylaş