
Serbiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən günəbaxan yağı və tərkibində neft olan məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb,
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Aİİ-nin ticarət naziri Andrey Slepnev məlumat verib.
O bildirib ki, məhdudiyyətlərin aradan qaldırılması konstruktiv qarşılıqlı fəaliyyəti əks etdirir və tərəflər arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.
Qeyd edək ki, 2024-cü ilin martında məhdudlaşdırıcı tədbirlərin tətbiqindən sonra Aİİ-dən Serbiyaya günəbaxan yağı və marqarinin ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 ayda 40% azalıb. 2023-cü ildə isə bu rəqəm 2022-ci ilə nisbətən təxminən beş dəfə artıb.
Mehman Mehdiyev