
Şimali Kipr Türk Respublikasında Türk Dünyası Npvruz festivalı keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu verib.
Bildirib ki, 19-23 mart tarixlərində baş tutacaq tədbirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və bütün Türk Dünyasından olan sənətkarların iştirakı nəzərdə tutulur.
"Bu unikal tədbirdə ənənəvi və müasir musiqinin zənginliyi sizi gözləyir. Mədəni zənginliklərimizi bölüşmək və dostluq bağlarımızı gücləndirmək üçün bu xüsusi gecəni qaçırmayın",-deyə Cəmiyyət sədri buildirib.
Süleyman