Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xərçəng əleyhinə yeni dərman hazırlanıb

Xərçəng əleyhinə yeni dərman hazırlanıb


Qazaxıstanda xərçəng əleyhinə yeni dərman hazırlanıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yaxın vaxtlarda xərçəng əleyhinə hazırlanmış yerli dərman qeydiyyata alınacaq. Bunu elm və ali təhsil naziri Sayasat Nurbek də təsdiqləyib. Nazir bildirib ki, hazırda dərman klinik sınaqdan keçirilir.

"Ötən il tədqiqatın birinci mərhələsi olub. İndi orada iştirak edən xəstələrin sayı artıb və xərçəngin bütün növləri yoxlanılır. Keçən il yalnız yoğun bağırsaq xərçəngi öyrənilib. Biz bu dərmanı qeydiyyatdan keçirib ilin sonunda bazara çıxarmağı planlaşdırırıq", -deyə Sayasat Nurbek bildirib.

Nazirin sözlərinə görə, tədqiqatların nəticələri yaxşı və sabitdir.

Anar Əliyev
Xəbəri paylaş