Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzuli rayonu ərazisində ağacəkmə aksiyası keçirilib

Füzuli rayonu ərazisində ağacəkmə aksiyası keçirilib


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aprelin 5-də işğaldan azad olunmuş Füzuli rayonu ərazisində ağacəkmə aksiyası təşkil edilib.

Newscenter.az xəbər verir ki, aksiya çərçivəsində torpaq və iqlim şəraitinə uyğun olaraq 600-dən çox ağac əkilib.

Aksiyanın keçirilməsinin əsas məqsədi yaşıllıq ərazilərinin genişləndirilməsi, ekoloji təhlükəsizliyin gücləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin dəstəklənməsidir.



Süleyman
Xəbəri paylaş