
Bayram günlərində baş verən qəzalarda 74 nəfər həyatını itirib. Həmçinin, yol qəzalarpı zamanı 10199 nəfər yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Daxili işlər naziri mümkün yol qəzalarına qarşı polis heyətinin Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində çalışdığını diqqətə çatdırıb.
"Bundan başqa Ramazan bayramı günlərində 720 nəfər əməkdaşımız avtobuslara mülki sərnişin kimi minərək sürücüləri sürət həddini aşmamaq üçün məlumatlandırıb".
Mehman Mehdiyev