Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kütləvi zəhərlənmə

Türkiyədə kütləvi zəhərlənmə


Türkiyədə kütləvi zəhərlənmə olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Sakaryada qeydə alınıb.

Məlumata görə, Sakaryanın Ferizli rayonunda mövludda toyuq və düyü yeyən şəxslər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıb. Xəstəxanaya çatdırılan 17 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.

Qeyd edək ki, ötən gün rayonda mövlud süfrəsində toyuq və düyü yeyən insanlar bir müddət sonra ürəkbulanma, başgicəllənmə və qusma şikayətlərinə başlayıblar.

Mehman Mehdiyev
Xəbəri paylaş