Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmaq istəyir

Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmaq istəyir


"Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda özünü həm də “sülhpərvər vasitəçi” kimi göstərmək istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə Moskvada keçirdiyi son görüşdə deyib ki, nüvə məsələsinin həllində Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmağa hazırdır".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Elxan Şahinoğlu deyib ki, eynu gündə oxşar açıqlama Lavrovun müavini Mixail Qaluzindən gəlib:

"Rusiyalı diplomat Ermənistan Parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlarda ölkəsini təmsil edən Ruben Rubinyanla telefonla danışıb. Qaluzin Rusiyanın Ermənistanın Türkiyə ilə dialoquna dəstək verməyə hazır olduğunu bildirib. Bura Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın tez-tez təkrarladığı “Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçi olmağa hazırdır” sözlərini də əlavə etsək, Kremlin ən azı 3 danışıqlar formatında iştirak etmək istədiyi aydınlaşar. Ancaq hələ ki, adları sadalanan heç bir ölkə vasitəçi təklifi ilə Kremlə müraciət etməyib".

Politoloq deyib ki, ABŞ və İran diplomatları arasında danışıqlar Omanda həyata keçirilir:

"Türkiyə və Ermənistan diplomatları arasındakı görüşlər isə Ankara və İrəvanda reallaşır. Ermənistanla Azərbaycan arasında danışıqlara gəldikdə isə xüsusi vasitəçiyə ehtiyac yoxdur, hər iki tərəf birbaşa danışıqlara üstünlük verir, lazım gəldikdə Tbilisidə də görüşmək mümkündür".

Anar Əliyev
Xəbəri paylaş