Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Boşanma halları artıb

Boşanma halları artıb


Qazaxıstanda boşanmaların sayı artıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ədliyyə naziri Yerlan Sarsembayev məlumat verib.

Nazir deyib ki, hazırda aliment ödəməyən borclulara qarşı inzibati, hətta cinayət cəzası da tətbiq edilir:

"Məsələn, ötən il 4642 nəfər inzibati məsuliyyətə cəlb edilib, 391 borclu şəxs isə cinayət məsuliyyətinə cəlb olunub. Lakin biz hesab edirik ki, bu tədbirlərin qəbulu alimentin ödənilməməsi problemini tam həll etməyəcək. Uşaqları saxlamaq niyyətinin olmaması, aliment ödəməkdən yayınma ailə-nikah münasibətlərindəki böhranın nəticəsidir. Bunu ötən il qeydə alınan 61 080 boşanma halının statistik göstəricisi də sübut edir".

Mehman Mehdiyev
Xəbəri paylaş