
Ermənistanda məhkəmə sistemində kadr çatışmamazlığı var.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bunu Vəkillər Palatasının prezidenti Simon Babayan deyib. O bildirib ki, məhkəmə sistemində kadr göstəricilərinə görə, 40% kəsir var:
“Belə kəsir prokurorluq orqanlarında da müşahidə olunub. Vəkillərin də oxşar problemi var, xüsusən pulsuz hüquqi yardım (ictimai müdafiə) sahəsində. "Məhkəmə sisteminin maliyyələşdirilməsi son vaxtlar dəyişib, bu nəzərə çarpır, lakin orta Avropa göstəricisi ilə müqayisədə bu gün Ermənistanın məhkəmə sisteminin maliyyələşdirilməsi 3,5 dəfə azdır"
O vurğulayıb ki, Avropa Şurası bu yaxınlarda Ermənistanda məhkəmə islahatları və məhkəmə sisteminin effektivliyini təhlil edən kifayət qədər əhatəli hesabat dərc edib:
Mehman Mehdiyev