Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədə hüquq sistemləri ilə xalq arasında uçurum var-PAŞİNYAN

Ölkədə hüquq sistemləri ilə xalq arasında uçurum var-PAŞİNYAN


“Hesab edirəm ki, Ermənistan Respublikasında yaradılmış hüquq sistemləri ilə xalq arasında uçurum var".

Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Erməni baş nazirin sözlərinə görə, hüquq sistemindəki boşluq onunla bağlıdır ki, mahiyyət etibarı ilə bütün konstitusiya referendumlarında müəyyən ictimai rəy və inam mövcud olsa da, lakin sonda qeydə alınan nəticələri xalqın iradəsini ifadə etməyib.

Nikol Paşinyanın sözlərinə görə, burada əsaslı məsələ var:

"Çünki xalqla ölkədə qurulan hüquqi nizam arasında üzvi əlaqə problemi var və mövcud çatlar Ermənistan Respublikasının hələ də istədiyi nöqtəyə çatmadığını sübut edir".

Anar Əliyev
Xəbəri paylaş