Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq - XƏBƏRDARLIQ

Gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq - XƏBƏRDARLIQ


Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş