Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib

Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib



Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən bir sıra arayışlar “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib.

Newscenter.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalı ilə “Elektron məhkəmə” informasiya sistemi arasında aparılan inteqrasiya prosesi nəticəsində Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən “Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi” və “Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” haqqında arayışları bundan sonra onlayn rejimdə portal vasitəsilə əldə etmək mümkün olacaq.

Süleyman
Xəbəri paylaş