Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İş adamları Özbəkistanda biznes forumda iştirak edəcəklər

İş adamları Özbəkistanda biznes forumda iştirak edəcəklər


Aprelin 23–24-də Özbəkistanda International Business Forum keçiriləcək.

Newscenter.az-ın Özbəkistan bürosu xəbər verir ki, Business Forum Özbəkistanın Zomin rayonunun Cizzax regionunda baş tutacaq.

Forumda bir çox ölkədən, eləcə də Azərbaycandan olan iş adamları və biznes nümayəndələri iştirak edəcək. Forum çərçivəsində iş adamları arasında yeni tanışlıqlar qurmaq, əməkdaşlıq imkanlarını genişləndirmək və regional iqtisadi perspektivləri müzakirə etmək fürsəti əldə ediləcək.

Qeyd edək ki, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov da International Business Forumda iştirak etmək üçün ölkəsinə gedib.

Süleyman
Xəbəri paylaş