
Aprelin 27-də Qazaxıstanın paytaxtı Astanada “Mərkəzi Asiya – İtaliya” formatında sammit keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ilk dəfə keçiriləcək sammitdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və İtaliyanın Baş naziri Giorgia Meloni də iştirak edəcək.
Bu məqsədlə İtaliyanın Baş naziri Giorgia Meloni prezident Kasım-Jomart Tokayevin dəvəti ilə aprelin 26-27-də Qazaxıstanda rəsmi səfərdə olacaq. Danışıqlar zamanı tərəflər Qazaxıstan və İtaliya arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, İtaliya Qazaxıstanın əsas ticarət tərəfdaşları arasında üçüncü yeri tutur.
Süleyman