
"Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konustitusiyasının xalqın iradəsini əks etdirmədiyini deyib. N. Paşinyan qüvvədə olan konustitusiyanın sülhə deyil, yalnız qonşularına qarşı ərazi iddialarını özündə ehtiva edən ali bir hüquqi sənəd olduğunu etiraf etmiş oldu. Çünki, konustitusiya xalqın sülh çağırışlarının üstündən xətt çəkir",
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, "Böyük Ermənistan" mifi i30 il ərzində ölkəni forpost vəziyyətində saxlayır:
"N.Paşinyan hazırkı konustitusiyanın revanşistlər tərəfindən yazıldığını və xalqın sülh istəklərini özündə əks etdirmədiyini xalqa çatdırır. Onun regionlara səfərlərində "Real Ermənistan" planını təbliğ etməsi, "tarixi Ermənistan"dan imtina, qonşularla sülh və hazırkı konustitusiyanı tənqid etməsi, bir növ referenduma hazırlıq kampaniyasıdır.
Ermənistan Konustitusiyanın dəyişməsi 2026-cil seçkilərdən əvvəl baş tutarsa, sülh müqaviləsi bağlana bilər".
Politoloq qeyd edib ki, Gümrü şəhərinin müxalifətdən seçilən meri Ermənistanın Rusiya ilə inteqrasiya və əməkdaşlığını inkişaf etdirmək barədə bəyanat verib:
"O, Ermənistanın yalnız Rusiya ilə birgə təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. 2026-ci il seçkilərinə baş nazirliyə namizəd olduğunu açıqlayıb. Müxalifətin Ermənistanın ikinci şəhərində mer seçilməsi, özlərinə inamı artırıb. Rusiyanın da müxalifətə ciddi dəstək verəcəyi gözlənilir".
Süleyman