Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırmızı bülletenlə axtarılan cinayətkarlar Türkiyəyə gətirilib

Qırmızı bülletenlə axtarılan cinayətkarlar Türkiyəyə gətirilib



Qırmızı bildirişlə beynəlxalq axtarışa verilən A.H., T.H.C. və F.M. adlı şəxslər xaricdə tutulublar.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, onlardan ikisinin AH. və T.H.C. F.M adlı şəxslərin ekstradisiyası. ölkəyə çatdırılması təmin edilib.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında “Axtardığımız cinayətkarları xaricdə birgə əməliyyatlarla qırmızı bülletenlərlə tutaraq bir-bir ölkəmizə gətirməyə davam edirik”,-deyə paylaşım edib.

Nazir deyib ki, tutlan şəxslər qəsdən adam öldürməyə cəhd və azadlıqdan məhrum etmə cinayətlərinə görə qırmızı vərəqə ilə beynəlxalq axtarışa veriliblər:

“Tuna-Bulut” əməliyyatının hədəfində olan A.H. Dubayda tutularaq ölkəmizə ekstradisiya edilib. Qəsdən adam öldürmə, cinayət törətmək məqsədi ilə yaradılmış təşkilata üzvlük və rəsmi sənədləri saxtalaşdırma ittihamı ilə qırmızı bülletenlə beynəlxalq səviyyədə axtardığımız T.H.C. İranda tutularaq ölkəmizə gətirilib. Bundan başqa cinayət törətmək, narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz dövriyyəsi, tədarükü və narkotik maddələrin idxalı məqsədi ilə yaradılmış təşkilata üzv olmaq ittihamı ilə qırmızı bülletenlə axtarılan F.M. Kolumbiyada tutulub. Onların ölkəmizə qaytarılması prosesi davam edir”.

Anar Əliyev
Xəbəri paylaş