Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-ABŞ danışıqları dalana dirənib

Rusiya-ABŞ danışıqları dalana dirənib


Rusiya və Ukrayna arasında pasxa bayramına görə 30 saatlıq atəşkəs rejimi bitdi. Rusiya kütləvi şəkildə Ukraynanın mülki infrastrukturuna dron və raketlərlə hücum edir.
D. Trampın 30 günlük atəşkəs tekkifi Kreml tərəfindən qəbul edilmir. ABŞ Dövlət katibi nəticəsiz danışaqları uzun müddət aparmayacaqlarını Kremlin diqqətinə çatdırıb. D. Trampın 100 günlük prezidentlik müddəti başa çatıb, amma atəşkəsə nail ola bilməməsi məhz Kremlin mövqeyindən asılıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə Rusiya-Ukrayna müharibəsi fonunda cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O deyib ki, V. Putin bununla D. Trampın reputasiyasına ciddi zərbə vurmuş oldu:

"ABŞ-ın Ukrayna ilə bağlı Avropa ilə birgə çıxış etməsi mümkün görünür. D. Tramp çalışdi ki, Avropasız V. Putinlə danşsın. V. Putin də D. Trampdan Avropanı istədi. Nəticədə danışıqlar fiaskoya uğradı".

Politoloq hesab edir ki, ABŞ prezidenti Ukraynaya daha geniş şəkildə hərbi yardımlar göndərsə, V. Putini fakt qarşısında qoyub, güzəştli atəşkəs masasında əyləşdirə bilər:

"Pentaqon və Ag Evdə bununla bağlı ciddi müzakirələrin getməsi istisna deyil. Rusiya ilə diplomatik danışıqların nəticəsiz olduğu aydın şəkildə müəyyən edildi".

Süleyman
Xəbəri paylaş