Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsi davam edəcək

Rusiya-Ukrayna müharibəsi davam edəcək


"Amerika Prezidenti D.Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqəli davam edən səyləri fonunda hələ də nəticənin alınmaması ümidləri azaldır".

Newscenter.az xəbər verir ki, bunu deyən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımovun sözlərinə görə, gələn xəbərlər arasında bir neçə günə atəşkəsin imzalanmasının mümkün olacağı, əks halda ABŞ-ın prosesdən çəkiləcəyi söyləntiləri prosesi daha da gərginləşdirir:

"Görünən odur ki, məsələ mürəkkəbdir və ABŞ rəsmilərinin belə bəyanatı sülh və ya atəşkəs üçün mühitin formalaşdığını, bunun üçün də prosesə zərər vurmamaq naminə yumşaq təzyiq üsulundan istifadə etdiyi hiss edilir. Danışıqlardan çəkilmək isə müharibənin daha yeni mərhələyə keçməsi anlamına gəlir ki, bu da tərəflər üçün arzu olunan hal deyil, xüsusən də, Rusiya üçün. Amma ABŞ burda ümumiyyətlə bu müharibədən kənar dura bilər ki, onda da Ukrayna üçün çətin vəziyyət yarana bilər".

Azər Qasımov deyib ki. Ukrayna təkcə Avropanın yardımının öhdəsinə qala bilər:

"Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqəli səylərin nəticə vermək ehtimalları zəif də olsa var. Amma tərəflərin istəkləri fonunda ortaq məxrəcə gəlinməsi çətin görünür. Odur ki, böyük ehtimalla bu müharibə davam edəcək. Tərəflərin iddialarının yerinə yetirilməməsi bir çox proseslərlə bağlı olduğu üçün yarımçıq qalan məsələlər fonunda prosesin başa çatması mümkün deyil deyə düşünürəm".

Süleyman
Xəbəri paylaş