Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərlənib

Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərlənib


Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

Newscenter.az xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

Məlumata görə, bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi) hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, Abşeron-Xızı regional böməsinin əməkdaşları məsələni nəzarətə götürüb:

"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb,nəticələrlə bağlı məlumat veriləcək".
Xəbəri paylaş