Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taksi sürücülərinin gizli gəlirləri araşdırılacaq

Taksi sürücülərinin gizli gəlirləri araşdırılacaq


Yandex Taxi və Indriver vasitəsilə işləyən şəxslərin gizli gəlirləri müəyyən ediləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bunu ədliyyə naziri Yerlan Sarsembayev deyib. Nazir bu araşdırmanın aliment borcu olan şəxslərə aid olacağını bildirib:

"Bu gün alimentlərin tutulması sahəsində əsas problemlərdən biri borclunun sabit gəlirinin və əmlakının olmamasıdır. Bununla belə, gəlirlərini gizlədənlər də az deyil. Bununla bağlı onların sosial statusu haqqında lazımi məlumatlar avtomatik əldə edilir. Bu məqsədlə informasiya sistemi Əmək Nazirliyinin informasiya sistemi ilə inteqrasiya olunacaq.

Bundan başqa, biz “Yandex”, “Indriver” və digər aqreqator saytlar vasitəsilə işləyən borclunun gizli gəlirlərini müəyyən edəcəyik”.

Nazirin sözlərinə görə, hazırda borcluların digər gəlir mənbələrinin müəyyən edilməsi və onlardan borcların tutulması imkanlarının təhlili istiqamətində işlər aparılır. Xüsusilə, elektron pul kisələri, mərc şirkətləri, qiymətli kağızlar, kriptovalyuta əməliyyatları, dropshipping, şəbəkə marketinqi və digər vasitələrlə əldə edilən gəlirlər yoxlanılacaq.

Anar Əliyev
Xəbəri paylaş