Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb


Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Newscenter.az xəbər verir ki, "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Xəbəri paylaş