
Türkiyədə daha 29 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Çanaqqala sahillərində qeydə alınıb.
Məlumata görə, Çanaqqalanın Ayvacık rayonu sahillərində 12-si uşaq olmaqla 29 qeyri-qanuni mühacir tutulub.
Belə ki, Ayvacık sahillərində növbətçilik edən Sahil Mühafizəsi Səyyar Radarı "MORAD-8" tərəfindən rezin qayıqda bir qrup nizamsız immiqrant aşkarlayıb. Hərəkətdə olan rezin qayıq təyin olunmuş Sahil Mühafizəsi “KB-20” gəmisi tərəfindən dayandırılıb və 28-i əfqan, 1-i İran, 12-si uşaq olmaqla ümumilikdə 29 qeyri-qanuni mühacir tutulub.
Prosedurlardan sonra qeyri-qanuni miqrantlar Ayvacık Miqrantların İlkin Qəbul və Yönləndirmə Mərkəzinə (GÖKSEM) təhvil verilib.
Mehman Mehdiyev