
Türkiyədə zəncirvari yol qəza hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Trabzonda qeydə alınıb.
Belə ki, Trabzonun Ortahisar rayonunda 15 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Baş verən qəzada 8 nəfər xəsarət alıb.
Xəbərdarlıq üzərinə bölgəyə 112 Təcili Tibbi Yardım, polis və yanğınsöndürmə qrupları sövq edilib.
Qəzada xəsarət alan 8 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün şəhərdəki xəstəxanalara aparılıb.
Mehman Mehdiyev