
İstanbulda zəlzələ ilə əlaqədar olaraq məktəb həyətləri, idman zalları və məscidlər vətəndaşların istifadəsinə verilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə İstanbul Valiliyi qərar qəbul edib. Açıqlamada o da bildirilib ki, məktəblərin sanitar qovşaqları da növbəti xəbərdarlığa qədər vətəndaşların istifadəsinə açıq olacaq.
Valilikdən bildirilib ki, zəlzələ təşvişi səbəbindən evlərində gecələmək istəməyənlər məktəb həyətləri, idman zalları, məscidlərdən istifadə edə bilərlər.
Bundan başqa Qızıl Aypara və AFAD vətəndaşların əsas ehtiyaclarını ödəmək üçün bütün imkanlarını səfərbər edib.
Anar Əliyev