Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsinin diplomatik həll yolu varmı?

Rusiya-Ukrayna müharibəsinin diplomatik həll yolu varmı?


"Rusiya-Ukrayna müharibəsinin diplomatik danışıqlarla həlli yoxdur. O zaman diplomatik həll yolu ola bilər ki, bir tərəf güzəştə getsin".

Newscenter.az əbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış öz ərazisindən imtina etməyəcək:

"Rusiya da işğal etdiyi əraziləri öz ərazisi kimi tanınmasını şərt kimi irəli sürüb. ABŞ prezidenti D. Tramp Krımın Rusiya ərazisi kimi tanınmasıni Kiyevdən tələb edir. Bu danışıqlar Londonda razılaşdırılmalı idi. Amma, V. Zelenski Krımı haqlı olaraq Rusiya ərazisi kimi tanımadı. Əgər, tanısaydı Konustitusiyanı pozmuş, müharibəni uduzmuş olardı".

Politoloq deyib ki, London görüşü fiaskoya uğradı:

"Rusiya-Ukrayna müharibəsində razılaşma yalnız cəbhə xəttində bir tərəfin məğlub olması ilə başa çatacaq. Yaxud, tərəflər mövqe döyüşündə yorulacaq. Rusiyanın yorulması görünür. Müharibə ilin axırına kimi sərt şəkildə davam edəcək".

Süleyman
Xəbəri paylaş