Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vizası olmayanlar Həcc ziyarətinə gedə bilməyəcəklər

Vizası olmayanlar Həcc ziyarətinə gedə bilməyəcəklər


Bundan sonra vizasə olmayanlar Həcc ziyarətinə gedə bilməyəcəklər.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Diyanət İşləri Başqanlığı məlumat yayıb. Qurumun Həcc və Ümrə xidmətlərinin baş direktoru Remzi Bircan Səudiyyə Ərəbistanı rəsmilərinin Həcc vizası olmayanların Həcc ziyarətinə getməsinə icazə verməyəcəyini bildirib.

Həcc ziyarətinə ilk dəfə müraciət edənlərin qeydiyyatını aldıqlarını və püşkatma sistemi ilə müqəddəs torpaqlara gedəcək zəvvar namizədlərini müəyyən etdiklərini xatırladan Bircan, birinci qrupun aprelin 29-da yola düşəcəyini deyib.

Aprelin 29-da İstanbuldan ilk həcc karvanını göndərəcəklərini açıqlayan Bircan, zəvvar namizədlərinin müqəddəs torpaqlara hazırlaşmalarının və həcc üçün təlim keçmələrinin çox vacib olduğunu vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş