Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

62 ölkəyə avtomobilləri satılıb

62 ölkəyə avtomobilləri satılıb


Cari ilin birinci rübündə Türkiyədən 62 ölkəyə yüngül ticari avtomobillər və yük avtomobilləri satılıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, türk avtomobil sənayesində yüngül ticari avtomobillər, pikap və yük maşınlarının da daxil olduğu "mal daşıma üçün motorlu nəqliyyat vasitələri"nin ixracı ilin ilk rübündə 1 milyard 535 milyon 907 min dollara çatıb.

Avtomobil sənayesi bu ilin ilk 3 ayında 9 milyard 494 milyon 202 min dollarlıq məhsul ixrac edib.

Yanvar-mart dövründə bu məhsul qrupunda sektorun ən çox ixrac etdiyi ölkə Böyük Britaniya olub.

Keçən ilin ilk üç ayında 433 milyon 24 min dollar dəyərində "mal daşımaq üçün motorlu nəqliyyat vasitələri" satan İngiltərəyə ixrac bu ilin eyni dövründə 40 faiz azalaraq 259 milyon 889 min dollara çatıb.

İkinci yerdə olan Almaniyaya ixrac 2024-cü ilin eyni dövrü ilə müqayisədə 214 faiz artaraq 67 milyon 569 min dollardan 230 milyon 482 min dollara yüksəlib.

Mehman Mehdiyev
Xəbəri paylaş