
Azərbaycan Respublikasının Türkiyə səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi qardaş ölkədə ana dilimizin və ədəbiyyatımızın təbliği istiqamətində bu ölkənin aparıcı qurumları, universitetləri və mərkəzləri ilə birgə layihələr həyata keçirir.
Newscenter.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və Türk Dil Qurumunun rəhbəri Osman Mert arasında müzakirələr aparılıb, gələcəkdə ortaq dəyərlərimiz, ana dilimiz və ədəbiyyatımız ilə bağlı daimi layihələrin həyata keçirilməsi müzakirə olunub.
Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Dil Qurumu birgə əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Tərəflər Türkiyədə Azərbaycan dili və ədəbiyyatının təbliği, klassik irsimizin türk dilinə tərcümə və nəşr edilməsi, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr olunan kitabların təbliği və yayılması, Türkiyə universitetlərində Azərbaycan poeziyası üzrə birgə şer gecələri təşkil etmək və s. məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Atatürk Mədəniyyət, Dil və Tarix Liseyinə bağlı Türk Dillər Qurumunun zəngin kitabxanası fəaliyyət göstərir və Azərbaycana aid zəngin kitab kolleksiyası Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu kitabxanaya hədiyyə edilib.
Süleyman