Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan və Pakistan arasında müharibə olacaqmı?

Hindistan və Pakistan arasında müharibə olacaqmı?


"Hindistan və Pakistan arasında geniş miqyaslı müharibə gözlənilmir. Hindistanın birinci Kəşnir müharibəsini dayandıran "Hind çayı müqaviləsi" cixması, müharibə hazırlığıdır. Hər iki ölkə nüvə silahına malikdir. Tərəflərin birinin qalib gəlmək şansı yoxdur. Hindistanda islamafob və millətçi Modinin Pakistana münasibəti kifayət qədər mənfidir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Kəşmirdə turistlərə hücumu bəhanə edərək, müharibəyə hazırlıq əvvəlcədən planlaşdırılması istisna deyil:

"Pakistan hökumətinin Kəşmirdə terrora dəstək verməsi mümkün deyil. Rəsmi İslamabad müharibədə maraqlı deyil. Hindistan son illərdə inkişaf edən Pakistan -Cin əməkdaşlığından narahatdır. Hindistan Pakistan üzərində siyasi və psixoloji qələbə əldə etməklə regionda və beynəlxalq müstəvidə mövqeyini gücləndirmək istəyir.
Azərbaycan Pakistanı dəstəkləyir. Kəssmirde Hindistanın işğalını qəbul etmir".

Süleyman
Xəbəri paylaş