
Rusiyanın Milli Təhlükəsizlik Strategiyasına düzəlişlər etmək üçün təkliflər hazırlanır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu məlumat verib.
O deyib ki, Təhlükəsizlik Şurasının aparatı Strategiyaya əlavələr və düzəlişlər etmək və orada olan vəzifələrin aydınlaşdırılması üçün təkliflər hazırlayır.
Şoyqu qeyd edib ki, 2024-cü ilin dekabrında yaradılmış Rusiya Federasiyası Təhlükəsizlik Şurasının elmi-ekspert şurası bu işdə fəal iştirak edir ki. Bu da milli təhlükəsizliyin təmin edilməsi problemlərinin dərindən öyrənilməsini, ölkənin üzləşdiyi çağırış və təhdidlərin qiymətləndirilməsini təmin edir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, baş verən hadisələrin qeyri-adi yüksək dinamikası qərarların demək olar ki, hər gün müvafiq qərarların qəbul edilməsini tələb edir.
"Bu gün Rusiyanın üzləşdiyi çağırışlar və təhdidlər kompleksi, onun Qərblə münasibətlərinin kəskinləşməsi təsadüfi deyil, obyektiv xarakter daşıyır və tarixi prosesin özü ilə şərtlənir. Yadda saxlayın - Rusiya prezidenti hadisələrin belə inkişafının mümkünlüyü barədə hələ 2007-ci ildə Münhen konfransında xəbərdarlıq etmişdi", - deyə Şoyqu bildirib.
Mehman Mehdiyev