
"Həqiqətənmi Rusiya prezidenti Vladimir Putin, indiki vaxtda Ukrayna ilə uzunmüddətli atəşkəs sazişi imzalamağı hakimiyyətinə təhdid olaraq görür? Yoxsa, daha da əlverişli şərait əldə etmək üçün həmlə edir? Göründüyü kimi ABŞ prezidenti Tramp, Putinə xüsusi əhəmiyyət kəsb edən güzəştlər edir və əlinə bəhanələr verir. Bunu bütün müttəfiq ölkələrin təhdidlərinə rəğmən təşkil etməsi də siyasi baxımdan riskli məsələ olmasına baxmayaraq, nəticədə Kremln yürütdüyü aqressiya siyasətindən bir addım belə geri çəkilməməsi, əsas verir ki, deyək, Putin danışıqlar masasında şərtlərini qəbul etdirmək üçün, daha əlverişli şərait əldə etmək niyyətindədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çinguz Şahbazi səsləndirib. O deyib ki, müharibənin daha da qanlı frazaya keçməsi səbəbi də məhz bu istiqamətdə atılan addımdır:
"Rusiya ordusunun paytaxt Kiyevə havadan endirdiyi zərbələr də yuxarıda qeyd etdiyim kimi bu səbəbdən qaynaqlanır. Rusiya gözəl başa düşür ki, Ukrayna üzərində qələbə qazanmaq hər keçən gün daha da müşkülə çevrilir. Hətta uğurlu hərbi əməliyyatlar davam etsə belə, bu mümkün görünmür. Çünki, müharibə Rusiyanın bütün resurslarına öz təsirini göstərib. Bu xüsusilə də hərbi texnika və canlı qüvvə baxımdan özünü göstərməkdədir. Bütün bunlara baxmayaraq, Putin hökuməti müharibənin durdurulmasına qarşıdır və ABŞ prezidentinin verdiyi imkanları belə ciddiyə almaq istəmir. Belə olan təqdirdə, Rusiyanın savaş meydanında vəziyyəti daha da kritik həddə yüksəltməsi, Ukraynaya qarşı siyasi baxımdan ABŞ-la razılaşdırılmış ssenari olaraq, qiymətləndirmək olar".
Anar Əliyev