
Qazaxıstan Prezidentinin media sahəsində mükafatı və qrantı, eləcə də təşəkkür məktubu illik ənənəyə uyğun olaraq bu il də veriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidentinin müşaviri və mətbuat katibi Ruslan Jeldibay deyib. O bildirib ki, müsabiqədə iştirak etmək üçün namizədlərin müraciətləri 2025-ci il mayın 2-dən iyunun 10-dək qəbul ediləcək.
Qeyd edək ki, namizədlər və yaradıcı kollektivlər kütləvi informasiya vasitələri, ictimai təşkilatlar, dövlət qurumları tərəfindən irəli sürülə bilər. Müsabiqəyə 1 iyun 2024-cü il və 31 may 2025-ci il tarixləri arasında dərc edilmiş və ya yayımlanmış materiallar qəbul ediləcək.
Anar Əliyev