Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai nəqliyyat pulsuz olacaq

İctimai nəqliyyat pulsuz olacaq


1 May Əməkçi və Həmrəylik Günündə ictimai nəqliyyat xidmətləri pulsuz olacaq.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. O bildirib ki, Başkentray, Marmaray, İZBAN, Sirkeci-Kazlıçeşme dəmir yolu xətti və Gayrettepe-İstanbul Hava Limanı-Arnavutköy metrosunun 1 May Əməkçi və Həmrəylik Günündə pulsuz xidmət göstərəcək.

26 Apreldə Rəsmi Qəzetdə dərc olunan Prezident Sərəncamı ilə pulsuz nəqliyyatın təmin edildiyinə diqqət çəkən Uraloğlu, "Marmaray, Sirkeci-Kazlıçeşme relsli sistem xətti və İstanbulda Gayrettepe-İstanbul Hava Limanı-Arnavutköy metrosu, Ankarada Başkentray və İzmirdə İZBAN vətəndaşlarımıza pulsuz xidmət göstərəcək", deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş