
Türkiyə 2025-ci ilin sonuna kimi 65 milyon turist qəbul etməyi hədəfləyib.
Newscenter.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Cari milin ilk 3 ayında 8,9 milyon turist qəbul etdiklərini deyən nazir, "Bu dövrdə əldə etdiyimiz 9,5 milyard dollar turizm gəliri ilə bütün zamanların birinci rüb rekordunu qırdıq. 2025-ci ilin sonu üçün hədəfimiz 65 milyon ziyarətçi, 64 milyard dollar gəlirdir. Başqa sözlə, keçən illə müqayisə etdikdə turizmdə 4,7 faiz artım gözləyirik”,-deyə vurğulayıb.
Aprel ayının çox yaxşı başladığını vurğulayan nazir Ersoy, "May və İyun ayları üçün rezervasiyalara baxdığımızda, Türkiyədə il sonu ortalamasının üzərində rezervlər var" deyib.
Süleyman