Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Tənzilə Rüstəmxanlı Neftçala şəhər ofisində seçiciləri ilə görüş keçirib

Deputat Tənzilə Rüstəmxanlı Neftçala şəhər ofisində seçiciləri ilə görüş keçirib




Millət Vəkili Tənzilə Rüstəmxanlı, 29 may 2025-ci il tarixdə Neftçala şəhərindəki deputat ofisində sakinlərlə növbəti vətəndaş qəbulu keçirdi.

Newscenter.az-ın xəbərinə görə, şəhər ofisindəki, qəbulda təkcə Neftçala şəhərindən deyil, Həsənabad qəsəbəsindən, Qaçaqkənd, Xolqarabucaq, Mikayıllı kəndlərindən də sakinlər iştirak edirdilər.

Görüş zamanı sakinləri düşündürən, onları gündəlik həyatlarında ciddi narahat edən, bir çox məsələlərə, problemlərə deputat Tənzilə xanım aydınlıq gətirdi, sorğuları ətraflı cavablandırdı.

Qəbula gələn sakinlər əsasən işsizlik, sosial yardım, əlillərin ehtiyacı olan əlil arabası, şəhər qəbristanlığının ümumi durumu, məhəllə yollarının təmir edilməsi və ağır xəstəsi olanlara peşəkar həkim təşkili kimi məsələləri deputatın diqqətinə çatdırdılar.

Millət Vəkili Tənzilə Rüstəmxanlı sakinləri narahat edən məsələlərlə bağlı köməkçilərinə müvafiq tapşırıqlar verdi.

Görüşdə iştirak edən, Mikayıllı kənd sakini, şəhid atası Ələkbər kişi, Tənzilə xanıma Neftçala rayonunda sakinlərlə keçirdiyi mütəmadi görüşlərə, vətəndaşların problemlərinin həllində sərgilədiyi qayğıkeş davranışa, insanlığa görə Millət Vəkili Tənzilə Rüstəmxanlıya minnətdarlığını bildirdi.

Neftçala rayon İcra Hakimiyyətinin ictimai - siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Vasif Əliyev də görüşdə iştirak edirdi.

Süleyman
Xəbəri paylaş