Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkünlər evlərini özləri tiksinlər

Məcburi köçkünlər evlərini özləri tiksinlər


"Bu gün əksər məcburi köçkünlər var ki, işğaldan azad edilmiş ərazilərdə öz mənzillərini özləri tikmək istəyirlər. Şəxsən bir neçə məcburi köçkün bu barədə mənə öz istəyini bildirib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev səsləndirib. Millət vəkili bildirib ki, yerli icra orqanlarının hazırladığı layihə əsasında məcburi köçkünlərə evlərini özlərinin inşa etməsi üçün icazə verilə bilər:

"Bunun üçün dövlət də pul həmin şəxsə pul ayıra bilər. Hesab edirəm ki, bu yolla məcburi köçkünlər üçün mənzil tikintisi daha ucuz başa gələr və büdcəyə də qənaət etmiş olarıq".

Süleyman
Xəbəri paylaş