
"Sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzusu ilə, bu günün sabahı, sabahın ümidi olan uşaqların üzündən təbəssüm əskik olmasın! "1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə bütün uşaqları ürəkdən təbrik edirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva öz xeyirxah və düzgün fəaliyyəti ilə daim uşaqlara xüsusi diqqət və qayğı göstərir:
"Qürur hissi ilə qeyd etməliyəm ki, Azərbaycanın gələcəyi olan uşaqlar bu gün müstəqil, suveren və qüdrətli Azərbaycanın müstəqil vətəndaşlarıdır".
Süleyman