
Aralıq dənizində zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, Antalyanın Qazipaşa rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Saat 07:32-də qeydə alınan zəlzələ yerin təxminən 67,26 kilometr dərinlikdə olub. Zəlzələ ətraf ərazilərdə ciddi şəkildə hiss edilməyib.
Cavid İmaməliyev