Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzda qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib, oğlu şübhəli qismində saxlanılıb

Tovuzda qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib, oğlu şübhəli qismində saxlanılıb


Tovuzun rayon mərkəzində qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı qətlə yetirilən qadının 1970-ci il təvəllüdlü Sevinc Həsənova, xəsarət alanın isə onun qızı, 2000-ci il təvəllüdlü Aliyə Namazova olduğu müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə qadının oğlu, 1994-cü il təvəllüdlü, ruhi xəstə olduğu bildirilən Kainat Namazovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş