
Əsəd rejimi devrildikdən sonra müxtəlif ölkələrdə qaçqın kimi yaşayan 600 min suriyalı öz ölkəsinə qayıdıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi açıqlama verib.
Qrandi qeyd edib ki, Suriyada təhlükəsizlik, imkanlar və dəstək təmin edildikdə geri qayıdanların sayı artır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi X hesabında həmçinin bunları qeyd edib:
“Dekabr ayından bəri 2 milyondan çox suriyalı qaçqın öz evlərinə qayıtdı”.
Mehman Mehdiyev