Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ət ixracını 2,5 dəfə artırıb

Rusiya ət ixracını 2,5 dəfə artırıb


2025-ci ilin ilk beş ayında Rusiya Özbəkistana ət ixracını 2,5 dəfə artırıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Aqroeksport Federal Mərkəzinin rəhbəri İlya İlyuşin deyib.

İlyuşinin sözlərinə görə, beş ay ərzində Özbəkistana 9,4 min tona yaxın ət məhsulları ixrac edilib. İxracın dəyəri 1,4 dəfə artaraq 12,5 milyon dollar təşkil edib.

Məlumat üçün bildirək ki, Rusiya Özbəkistanın əsas xarici ticarət tərəfdaşlarından biridir. 2025-ci ilin ilk 4 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib.

Anar Əliyev
Xəbəri paylaş