
Qazaxıstanın Nəqliyyat Nazirliyi avtobus və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejiminə əməl etmələrinin monitorinqi məqsədilə genişmiqyaslı kampaniyaya başlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, kampaniya iyulun 20-dək keçiriləcək.
Nazirlik bildirir ki, nəqliyyat vasitəsini idarə etmənin gündəlik müddəti mövcud qaydalara uyğun olaraq 9 saatdan çox olmamalıdır. Dörd saat yarım fasiləsiz hərəkət etdikdən sonra sürücü ən azı 45 dəqiqə fasilə verməlidir.
Reqlamentin tələblərinə əməl edilmədikdə, daşıyıcılara və sürücülərə cərimə tətbiq olunacaq.
Cavid İmaməliyev