Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətə sədaqətlə xidmət etmək müqəddəs öhdəlikdir

Dövlətə sədaqətlə xidmət etmək müqəddəs öhdəlikdir



"Dövlətimizin davamlı inkişafında mühüm rol oynayan dövlət qulluğu sistemi müasir Azərbaycanın idarəçilik modelinin əsas sütunlarından biridir. Məhz dövlət qulluqçularının əzmli fəaliyyəti, intizamı və dövlət maraqlarına bağlılığı sayəsində ölkəmizdə idarəçilik sistemi daha da təkmilləşir, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsi artır, vətəndaş məmnunluğu ön plana çıxarılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı 23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə sosial şəbəkədə etdiyi paylaşımda vurğulayıb. Millət vəkili qeyd edib ki, dövlətə sədaqətlə xidmət etmək ilk növbədə vicdanın səsi və konstitusiyamızdan qaynaqlanan müqəddəs öhdəlikdir:

"Bu yolda hər bir dövlət qulluqçusuna möhkəm can sağlığı və müvəffəqiyyətlər diləyirəm".

Süleyman
Xəbəri paylaş