
"2023-cü ilin 7 oktyabrında HƏMAS-ın Israilə hücumu ilə başlayan proseslərin nəticə etibarı ilə Iranın özünə çatacağı bəlli idi. Iranın proksi qruplarının bitirilmlsindən sonra hədəf İslam Respublikası oldu. Artıq İran rejimi üçün sonun başlanğıcı gəlib".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov İran ətrafında baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, rejim ya getməlidir, ya da böyük ölçüdə gücdən salınmalıdır:
"Amma hesab etmirəm ki, İsrail-ABŞ cütlüyü İranı bu durumda yaxalamışkən yarı yoldan qayıtsınlar. Beynəlxalq aktorların İrana dəstəyi bu məsələdə mühüm rol oynaya bilər. Lakin onların da öz maraqları var. Bu baxımdan İrana sona kimi dəstək verməyə bilərlər".
Süleyman