
Kuryer fəaliyyətinin həyata keçirilməsi qaydası müəyyən edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu, Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş “Elektron ticarətdə kuryer xidmətlərinin göstərilməsi qaydası haqqında” əsasnamədə qeyd olunub.
Əsasnamə elektron ticarətdə kuryer xidmətlərinin həyata keçirilməsi qaydasını müəyyən edir.
Sənədə əsasən, kuryer sahibkarlar və çatdırılma xidməti operatorları ilə bağlanmış əmək müqaviləsi və (və ya) mülki-hüquqi müqavilələr əsasında malların çatdırılmasını həyata keçirən fiziki şəxs, o cümlədən özünüməşğulluq fəaliyyəti ilə məşğul olan şəxsdir.
Anar Əliyev