
"Azərbaycan geosiyasi çağırışlarla üz-üzədir. Bir tərəfdən cənub qonşumuz ətrafında cərəyan edən problemlər, digər tərəfdən qlobal miqyasda baş verən jhadisələr bunu deməyə əsas verir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. Millət vəkili qeyd edib ki, qeyd edilənləri nəzərə aldıqda quru sərhədlərimizin hansı səbəbdən bu günə qədər bağlı qalmasının stratekji əhəmiyyəti bəlli olar:
"Son baş verənlər bir daha sübuta yetirdi ki, quru sərhədlərimizin bağlı qalması milli maraqlarımıza, dövlətçilik maraqlarına tam uyğundur".
Millət vəkili onu da deyib ki, müəyyən situasiyalarda quru sərhədlərimiz humanitar məqsədlər üçün açılır və bu günlərdə İrandan bir sıra xarici ölkə vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyə edilməsi bunu göstərdi.
Süleyman