
"Azərbaycan dövləti hər zaman qeyri-hökumət təşkilatlarının inkişafına, onların normal qaydada fəaliyyət göstərməsinə maraqlı olub. Eyni zamanda dövlət maraqlıdır ki, QHT-lərin fəaliyyəti şəffaf qurulsun".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Azay Quliyev deyib ki, sözügedən qanuna dəyişikliklər qeyri-hökumət təşkilatlarının özü üçün də maraqlı olmalıdır:
"Çünki hər şeydən əvvəl şəffaflıq təmin olunacaq"
Süleyman