
"Bu günlərdə Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılması həm də mənəvi bir məsələdir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Millət vəkili bildirib ki, bununla Azərbaycan dünyaya bir daha Türkiyə ilə yaxınlığımızı sübuta yetirdi:
"Kahramanmaraş bir növ işğal dövründə dağıdılmış Şuşa şəhərini xatırladır",-deyə deputat vurğulayıb.
Millət vəkili onu da deyib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birini dəstəkləyib, istər xoş günlər, istərsə də digər arzuedilməz vəziyyətlərdə qardaş yanında yer alıb.
Süleyman